MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

photo

Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair 5 səbəb

Amerika Birləşmiş Ştatlarının Ohayo Universitetinin 2021-ci ilin iyulunda apardığı araşdırmaya görə, böyüklərin 15.2%-i səhər yeməyi yemir. Və bunun tamamilə boşuna edirlər. Herbalife Nutrition şirkətinin qidalanma üzrə eksperti Emil Hidayətli ilə səhər yeməyinin gün ərzində niyə ən vacib qida qəbulu olduğunu göstərən 5 səbəbi bir araya gətirmişik.

 

  • Səhər yeməyi sağlam qidalanmaya kömək edir 

 

Səhər yeməyi hər şeydən əvvəl qida rasionumuzun tarazlığıdır. Ona mütləq şəkildə iki böyük qrupa ayırdığımız bütün faydalı qidalandırıcı maddələr daxil edilməlidir: makroqidalandırıcılar (zülal, yağ və karbohidratlar) və mikroqidalandırıcılar yəni vitamin və minerallar. Orqanizmimizin gün ərzində normal işləməsi və müntəzəm, elə də sağlam olmayan qəlyanaltılardan yayınmağımız üçün mütəxəssislər günlük bütün qidaların enerji dəyərinin 25%-ə qədərini səhər yeməyinə “qatmağı” tövsiyə edir

 

  • Səhər yeməyi orqanizmə enerji verir 

 

Balanslaşdırılmış qidalanma nöqteyi-nəzərindən səhər yeməyi ən başlıca qida qəbulu sayılır, çünki gün ərzində makro və mikroqidalandırıcıların balansını saxlayan faydalı maddələri məhz səhər yeməyi ilə qəbul edirik. Səhər qidasına faydalı yağlar (Omeqa 3 yağ turşuları), kompleks karbohidratlar (məsələn, saf buğda çörəyi), zülal məhsulları (məsələn, quş və ya dovşan əti) və lifləri (meyvə və tərəvəz) mütləq şəkildə daxil etmək lazımdır.  

 

  • Səhər yeməyi qanda şəkərin səviyyəsini normallaşdırır 

 

Yadda saxlamaq lazımdır ki, orqanizmimiz yuxuda “müntəzəm rejimdə” işləməyə davam edir. Hüceyrələri bərpa etmək üçün enerji sərf etməyə davam edirik, buna görə də səhərə yaxın qanda qlükozanın səviyyəsi aşağı düşür. Əgər hansısa səbədən səhər yeməyindən imtina etsək, günün birinci yarısı ərzində qanda şəkərin miqdarı aşağı olur ki, nəticədə enerji çatışmazlığı, həmçinin beyin fəaliyyəti və orqanizmimizin ümumi iş qabiliyyətində eniş müşahidə olunur. 

 

  • Səhər yeməyi sağlam ürək fəaliyyətinə kömək edir 

 

Qan-damar sistemi orqanizmi oksigenlə təchiz edir və onun düzgün işləməsini təmin etmək çox vacibdir. Bunun üçün qida rasionunuza Omeqa 3 yağları, qiymətli yağ və zülalları daxil etməlisiniz. Bütün bu maddələr qan damarlarının divarlarını qorumağa kömək edir. 

Yeri gəlmişkən, səhər yeməyi yeməyən insanlar kökəlməyə meylli olurlar

 

  • Səhər yeməyi beynin fəaliyyətini stimullaşdırır 

 

Siqnal zülalları adlandırılan zülallar (neyropeptidlər) hüceyrələrarası siqnallaşmanı təmin edir və mərkəzi sinir sistemi hüceyrələrimizin daxilindəki bir çox prosesləri tənzimləyir. Onların sağlam fəaliyyəti üçün “yanacaq” rolunu qlyukoza oynayır. Qlyukozadan başqa, mərkəzi sinir sistemimiz həm də yağ turşuları “istehlak” edir. Beləliklə, səhər yeməyində Omeqa-3 çox doymamış yağ turşuları (məsələn, qoz, günəbaxan tumu və ya yağlı balıq) qəbul etmək çox vacibdir. 

Yekun olaraq bildirək ki, səhər yeməyi orqanizmimizi dəyərli zülallar, faydalı “yavaş” karbohidratlar, vitaminlər, minerallar, liflərlə zənginləşdirir, orqanizmin su balansını bərpa etməyə və balanslaşdırılmış qida rasionu formalaşdırmağa kömək edir. Amma əgər qidalandırıcı səhər yeməyi hazırlamağa vaxtınız yoxdursa, Herbalife Nutrition-dan balanslaşdırılmış səhər yeməyi sizin köməyinizə gələ bilər. Onun tərkibinə 217 kkal (1.5% yağlı süd nəzərə alınmaqla) daxildir, hazırlanmasına isə təxminən üç dəqiqə vaxt lazımdır. Səhər yeməyinin əsas tərkib hissəsi Herbalife Nutrition-un flaqman məhsulu hesab olunan Formula 1 protein kokteylidir. Bu ləzzətli məhsul xətti 3 variantda təklif olunur – Vanil, Şokolad və Fındıq Kokteyli, çay və ya qəhvənin tam faydalı əvəzləyicisi olan gümrahlaşdırıcı Bitki içkisi, həmçinin həzm sistemini dəstəkləyən və həzmi stimullaşdıran bitki tərkibli Aloe içkisini əla tamamlayır. 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top