MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Satış məqsədilə idxal edilən malların saxlanıldığı yerə vergi orqanı tərəfindən baxış keçirilə bilərmi?

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulmuş məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş protokolla rəsmiləşdirmək vergi orqanlarının hüquqlarına aid edilib. Eyni zamanda, vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxışın keçirilməsi operativ vergi nəzarəti tədbiri ilə əhatə edilmiş məsələlərə aiddir.

Əsas: Vergi Məcəlləsinin 23.1.3-2-ci və 50.1.13-1-ci maddələri

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top