MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

samsung

Samsung marketinq və reklama nə qədər xərcləyir?

Texnologiya sektorundakı ən yüksək marketinq büdcəsinə sahib şirkətlərdən biri olan Samsung-un 2016-ci ildəki marketinq büdcəsi açıqlanıb.
Samsung ötən il reklam və marketinq xərcləri üçün  toplamda 10,2 milyard dollar xərcləyib.
Qeyd edilir ki, bu marketinq büdcəsi yalnız ağıllı telefonları əhatə etmir. Belə ki, açıqlanan bu rəqəm koreyalı texnologiya nəhənginin bütün məhsulları üçün yaradılmış bir büdcədir.
10,2 milyard dollarlıq büdcənin 3,9 milyard dolları isə yalnız reklam üçün xərclənib.
2015-ci ilə nisbətən reklam xərclərinin 15 faiz artıran Samsung ən çox pulu Galaxy S7 / S7 Edge və Note 7 modelləri üçün xərcləyib.
Onu da qeyd edək ki, Samsung-un ən ciddi rəqiblərindən olan LG-nin də marketinq büdcəsini 2015-ci ilə nisbətən 21,4  faiz artıb

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top