MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ipoteka-ev

Samir Nuriyev: “İlk sosial mənzillər gələn ilin yayında təhvil veriləcək”

Azərbaycanda ilk sosial mənzillərin 2018-ci ilin yay aylarında təhvil verilməsi planlaşdırılır. Economic.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib.

S.Nuriyevin sözlərinə görə, artıq bu ilin may ayından etibarən elektron qeydiyyata başlanacaq: “May ayından etibarən sosial mənzillərin əldə edilməsi üçün elektron qaydada qeydiyyat başalayacaq. Bir otaqlı mənzillərin aylıq ödənişi 130-150 manat civarında olacaq”.

MİDA rəhbəri deyib ki, Hövsan layihəsi üzrə də layihələndirmə işləri yekunlaşmaq üzrədir: “Həmin ərazidə 20 hektar torpaq ayrılıb. Bu isə bütün normalara uyğun 3 000 mənzilin tikilməsinə şərait yaradır”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top