Şamaxıda toyda kütləvi zəhərlənmə olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şamaxıda toyda kütləvi zəhərlənmə olub

Şamaxı, 17 iyul, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxıda toyda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Şamaxının Məlikçobanlı kəndində keçirilən toydan sonra 21 nəfər özünü narahat hiss edib. Şamaxı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərə ilkin tibbi yardım göstərilib.

Hazırda xəstələrin vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top