
Şamaxıda tikintidə qaldırıcı kran aşıb, ölən var – YENİLƏNİB
Mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb.
Econommic.az bildirir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib.
Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir.
***
saat 13:59
Şamaxı rayonunda 3 nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb.
Econommic.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb.
Bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində orada çalışan usta və fəhlələrdən 3 nəfər – Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlardan birinin vəziyyəti ağır olduğundan, müalicə üçün Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Karantin rejiminə əməl etməyənlər cərimələndi
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana […]