Salyanda yol qəzası olub, xəsarət alanlar var – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyan, 22 iyun, AZƏRTAC

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası axşam saatlarında Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb. “Chevrolet” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində maşınlardan biri fərdi yaşayış evinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar – Samir Abdullayev, Böyükxanım Əliyeva, Samir Bayramov, Yusif Bayramlı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top