Şalva Papuaşvili: “Gürcüstan hökuməti heç bir xarici dövlətin maraqlarına xidmət etmir” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şalva Papuaşvili: “Gürcüstan hökuməti heç bir xarici dövlətin maraqlarına xidmət etmir”

Tbilisi, 13 iyul, AZƏRTAC

“Hər hansı bir maliyyə yardımının arxasında müxtəlif maraqlar dayanır. Fransanın bəzi rəsmi şəxslərinin Fransanın Gürcüstana birbaşa maliyyə yardımı göstərməsi ilə bağlı məlumatlar yanlışdır və bu məlumatları yayanların öz maraqları var”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransanın Gürcüstan büdcəsinə birbaşa yardımı dayandırması və vətəndaş cəmiyyətinə və media subyektlərinə maliyyə dəstəyini artırması barədə məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin konkret olaraq başqa dövlətin maraqlarına xidmət etmədiyini hiss edən qüvvələr indi müxtəlif maliyyə vəsaitini məhz onların maraqlarına xidmət edənlərə yönəldirlər.

“Bu da, bir daha bir sübut edir ki, belə pulların arxasında gizli maraqlar dayanır. Gürcüstan hökuməti isə heç bir xarici dövlətin maraqlarına xidmət etmir” – deyə, Şalva Papuaşvili bildirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top