Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

London, 23 iyun, AZƏRTAC

Şahzadə Uilyam məşhur müğənni Teylor Sviftin Londonun Uembli stadionunda keçirilən konsertində iştirak edib.

AZƏRTAC xəbər verir ki, 42-ci doğum gününü qeyd edən Şahzadə Uilyam uşaqları Corc və Şarlotla birgə konsertdə iştirak edib.

Daha sonra Şahzadə Uilyam Teylor Sviftlə selfi çəkdirərək sosial media hesabında paylaşıb. Britaniya taxtının varisi Teylor Sviftin “Shake It Off” mahnısı ilə rəqs edərkən tamaşaçılar tərəfindən lentə alınıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top