
Sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına riayət etməyib
Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir. Bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb.
Economic.az xəbər verir ki, İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42 faizində nöqsanlar aşkar edilib.
Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.
İyulun 4-dən başlayaraq isə nəzarət tədbirləri daha da gücləndirilib, sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindənkarantin
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9 faizində, digər şəhər və rayonlar üzrə isə 15,8 faizində nöqsanlar aşkar olunub.
İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır.
Sahibkarlıq subyektlərində nəzarət tədbirləri
BƏNZƏR MƏQALƏLƏR
Ticarət və xidmət obyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət davam edir
İqtisadiyyat Nazirliyinin karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə avqustun 12-də keçirdiyi […]
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
ECONOMİC: Karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən avqustun […]
Bu şəxslərə 250 manat pul veriləcək – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara […]