MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Iqtisadiyyat nazirliyi

Sahibkarlığa Kömək Milli Fondu ELAN edir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il aprelin 8-də Beyləqan rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
– ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
– südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması;
– meyvə-tərəvəz emalı və bitki yağlarının istehsalı zavodlarının yaradılması;
– intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;
– cins heyvandarlıq təsərrüfatının, ət kəsimi və pendir istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top