
Sahibkarların Nəzərinə!
Bildiririk ki, 6-9 aprel 2017-ci il tarixlərində Hestourex 2017 layihəsi çərçivəsində Antalyada “Hestourex Dünya Sağlamlıq, İdman Turizmi – Konqres və sərgisi” keçiriləcəkdir.
Layihə Türkiyə Cumhuriyəti Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir.
Sözügedən sərgidə Sağlamlıq Turizmi, İdman Turizmi və Alternativ Turizm sahələrini təmsil edən 150 ölkədən 2000 nəfərlik nümayəndə heyəti iştirak edəcəkdir.
Sərgi mərkəzində 400 yerli və xarici şirkətin stendi təqdim olunmaqla B2B görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Stendlərini təqdim etmək istəyən sahibkarlar üçün stendin 1 kvadrat metri 120 avrodur.
İştirakçıların təyyarə biletləri (ekonom), 4* – 5* otellərdə yerləşdirmə və transferləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.
Sizi sözügedən sərgidə Azərbaycan nümayəndə heyətinin tərkibində iştiraka dəvət edirik.
Tədbirdə iştirak edəcəyiniz təqdirdə 7 fevral 2017-ci il tarixinədək ASK-ya məlumat verməniz xahiş olunur.
Qeyd: İştirak haqqı 100 avro
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 42/43
E-mail: nhasanova@ask.org.az
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan iyunda 1,5 milyard dollarlıq ticarət əməliyyatları aparıb
İyunda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 1 milyard 538,8 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən […]
Bu il Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb
Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb. Bu il idxal əməliyyatlarının ən yüksək […]
Sahibkarların götürdüyü kreditlərin 10 fazini dövlət ödəyəcək
Dövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə […]