Sahibkarlar Tehranda tikintiyə həsr olunmuş biznes-forum və sərgidə iştiraka dəvət olunurlar
Yanvarın 24-25-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində tikinti mövzusuna həsr olunmuş biznes-forum və sərgi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, bununla əlaqədar ölkəmizdə tikinti sahəsində fəaliyyət göstərən şirkətlər biznes-forumda iştiraka və sərgini ziyarət etməyə dəvət olunurlar. Səfərdə iştirak edəcək şəxsin 3 gün (2 gecə) İranda 4 ulduzlu mehmanxanada qalması, sığortalanması, səhər yeməyi, tərcüməçi, bələdçi və daxili nəqliyyat xərcləri (hava limanı və sərgi mərkəzi istiqamətlərində) tədbirin təşkilatçıları tərəfindən ödənilir.
Biznes-forum və sərgidə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]