Sahibkarlar Tehranda tikintiyə həsr olunmuş biznes-forum və sərgidə iştiraka dəvət olunurlar - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sahibkarlar Tehranda tikintiyə həsr olunmuş biznes-forum və sərgidə iştiraka dəvət olunurlar

Yanvarın 24-25-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində tikinti mövzusuna həsr olunmuş biznes-forum və sərgi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)  bildiriblər ki, bununla əlaqədar ölkəmizdə tikinti sahəsində fəaliyyət göstərən şirkətlər biznes-forumda iştiraka və sərgini ziyarət etməyə dəvət olunurlar. Səfərdə iştirak edəcək şəxsin 3 gün (2 gecə) İranda 4 ulduzlu mehmanxanada qalması, sığortalanması, səhər yeməyi, tərcüməçi, bələdçi və daxili nəqliyyat xərcləri (hava limanı və sərgi mərkəzi istiqamətlərində) tədbirin təşkilatçıları tərəfindən ödənilir.

Biznes-forum və sərgidə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top