MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Sabunçu

Sabunçu rayonunun Pirşağı qəsəbəsinin bütün küçələrində təmir gedir FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilib. Bu çərçivədə 375 min m2 sahədə, ümumi uzunluğu 73.8 km təşkil edən 124 adda küçə və yol təmir edildi.

Economic.az bildirir ki, hazırda agentlik tərəfindən 7 mindən artıq əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə start verilib. Ümumilikdə bu işlərin sözügedən qəsəbənin 100 km-ə yaxın uzunluğa malik 105 adda küçə və yolunda aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kv.m-dən çoxdur.

Aparılan genişmiqyaslı tədbirlər zamanı artıq qəsəbə üzrə 6 ünvanda təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu Bakıxanov, İsmayıl Şıxlı, Dəniz və Sahil küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 8930 metr, sahəsi isə 52 min kv.m-dir.

Hazırda isə Pirşağı qəsəbəsi üzrə təmir işləri 7 küçədə davam etdirilir. Bu Elbəy Rzaquliyev, Zülfi Adıgözəlov və Məhəmməd Füzuli küçələri, həmçinin dalanları ilə bərabər Xan Şuşinski və Məmməd əmin Rəsulzadə küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 11 700 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Adı çəkilən yol və küçələr vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun Sabunçu rayonu Pirşağı qəsəbəsi üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub..

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top