
SAATLI: ARPA ÜZRƏ MƏHSULDARLIQ – 37,9 SENTNERƏ ÇATIB
Saatlı rayonunda taxıl biçini davam edir. Respublika üzrə arpa sahələrində ən yüksək məhsuldarlıq göstəricilərindən biri bu rayonun payına düşür. “Economic” in məlumatına görə, bugünədək rayon üzrə 5254,5 hektar arpa sahəsinin 2730 hektarında biçin başa çatıb. Sahələrdən 10337,3 ton arpa yığılıb ki, bu da orta məhsuldarlığın 37,9 sentner olması deməkdir.
Arpa biçininə 60 kombayn cəlb olunub. Bunlardan 35-i “Aqrolizinq” ASC-nin, 25-i isə fərdi mülkiyyətçilərin balansında olan kombaynlardır.
Ümumilikdə Saatlı rayonunda 22986 hektar sahədə taxıl əkini aparılıb. Sahələrin 17731,5 hektarında buğda, 5254,5 hektarında arpa əkilib. Buğda sahələrində kütləvi biçinə iyunun ikinci yarısında başlanacağı gözlənilir.
Foto: Elxan Qəniyev
Yer: Saatlı rayonu, Varxan kəndi
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Karantin rejiminə əməl etməyənlər cərimələndi
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana […]