MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

RBK

Rusiyanın məşhur mediaholdinqi satışa çıxarılıb

“RBK” Media Holdinqi xüsusi mülkiyyətdir. Hesab edirik ki, onun taleyinə qarışmaq haqqımız yoxdur”.

“İnterfax”- yaydığı məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məşhur “RBK” televiziyasının, xəbər saytının və eyniadlı nəşrin satılmasına münasibət bildirərkən deyib.

“Xüsusi mülkiyyətlə bağlı istənilən danışıqları şəxsi iş sayırıq. Ona görə də biz belə şəxsi işlərə qarışmırıq”, – deyə D.Peskov vurğulayıb.

İnformasiyaya əsasən, 2008-ci ildəki iqtisadi böhrandan sonra mediaholdinqə ciddi ziyan dəyib. 2010-cu ildə onu “Oneksim” qrupunun sahibi Mixail Proxorov alıb. “RBK”nın potensial alıcısı “Metro” qəzetinin sahibi Qriqori Berezkin sayılır. Məsələ ilə bağlı yekun qərar mayın 1-də qəbul ediləcək.

Qeyd edək ki, Qriqori Beryozkin qrupunun iki neft emalı zavodu var. O, “Rusenerqosbıt” energetika şirkətinin 50,5 faizinin sahibidir. 2007-ci ildə qrup “Komsomolskaya pravda” nəşriyyat evinin nəzarət zərfini alıb.

report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top