MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Aleksandr Novak

Rusiyanın energetika naziri OPEC üzv və qeyri-üzv ölkələrin toplantısından öncə görüşməyi təklif edir

Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak 17 aprel 2016-cı il tarixində Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısından öncə görüş keçirməyi təklif edir.

Bu təklif Aleksandr Novakın Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə telefon danışığında səsləndirilib. A.Novak dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək, belə bir görüşün keçirilməsini xahiş edib.

Nazirlikdən bildiriblər ki, neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan kimi milli iqtisadiyyatında neft həlledici rol oynayan Rusiyanın da maraqlarına uyğun deyil. Odur ki, neft hasilatçıları Doha görüşündən vəziyyətin müsbətə doğru dəyişməsinə təkan verəcək qərar gözləyirlər. Azərbaycanı neft hasilatçılarının görüşündə energetika naziri Natiq Əliyev təmsil edəcək. Son məlumatlara görə, OPEC-in iclasına, ümumilikdə, 18 ölkə qatılacaq, 6 ölkə dəvəti hələ ki təsdiqləməyib. Norveç və Liviya isə toplantıya qatılmaqdan imtina edib.

Xatırladaq ki, bu toplantı 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top