Rusiyalı astronavt: “Müasir dövrdə gənclər arasında kosmik sahəyə maraq kifayət qədər çoxdur” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiyalı astronavt: “Müasir dövrdə gənclər arasında kosmik sahəyə maraq kifayət qədər çoxdur”

“Müasir dövrdə gənclər arasında kosmik sahəyə maraq kifayət qədər çoxdur. Düşünürəm ki, bu gün gənclərin kosmosa marağını ciddi surətdə araşdırmaq lazımdır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Astronavtlarla görüşdə Rusiyalı astronavt Sergey Krikalyov deyib.

O bildirib ki, kosmosa uçmaq hər kəsə nəsib olmur və “bu, oxuduqlarınızdan, virtual olaraq gördüklərinizdən” çox fərqli bir hissdir:

“O qədər həyəcanlı, xoş bir haldır ki, ifadə etməkdə çətinlik çəkirəm. Mən astronavt olaraq kosmosa uçmuşam. Orada gün ərzində 16 dəfə yerin ətrafında uçmaq şansım olub. Bu sahənin inkişafı üçün insanların, gənclərin fikirlərini almaq vacibdir. Biz öz ölkəmizdə bununla bağlı gənclərin mövqeyini öyrənirik. İstəyirik ki, Beynəlxalq Astronavtika Federasiyası da bizə bu istiqamətdə dəstək versin”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top