Rusiyada “Vikipediya”ya məhdudiyyət qoyula bilər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiyada “Vikipediya”ya məhdudiyyət qoyula bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada girişinə məhdudiyyət qoyulmuş saytların sırasına “Vikipediya” da qoşula bilər. Buna səbəb martın 1-də Rusiyada VPN xidmətləri də daxil olmaqla məhdudiyyətdən yan keçmə vasitələrinin reklamını və ya yayılmasını qadağan edən qanunun qüvvəyə minməsidir.

Bu barədə Dövlət Dumasının deputatı Anton Qorelkin “Telegram” kanalında yazıb.

Qorelkin blokdan yan keçməyin yollarını təsvir edən və həmçinin bu üsullardan istifadə etməyi tövsiyə edən “Vikipediya” məqaləsinə diqqət çəkib.

“Vikipediya”nı bloklamaq üçün qanuni əsaslar var, bunun istifadəçilər arasında ciddi narahatlığa səbəb olmamasını təmin etmək qalır”, – o yazıb.

Onun sözlərinə görə, bu resursda mövcud olan bütün qiymətli məlumatların artıq surəti çıxarılıb, ensiklopedik standartlara uyğunlaşdırılıb və rus saytlarında yerləşdirilib.

O, “Vikipediya” məqaləsinə keçiddən sonra istifadəçiyə yazının Rusiya analoqlarından birində təhlükəsiz versiyasını açmağı təklif edilməsini irəli sürüb.

Deputat əlavə edib ki, bunun üçün lazım olan texniki həll artıq İnternet Texnologiyaları üzrə Regional İctimai Mərkəz tərəfindən hazırlanır.

Xatırladaq ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) “Wikimedia Foundation” qeyri-kommersiya təşkilatını dəfələrlə cərimələyib. İddialara səbəb layihənin Rusiya hərbçilərinin Ukraynadakı hərəkətləri ilə bağlı məlumatları silməkdən imtina etməsi olub.

Dekabr ayında “Wikimedia.ru”ya dəstək icması bağlandığını elan edib.

Mənbə: TASS

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top