Rusiyada Korney Çukovskinin nağılları ekranlaşdırılır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiyada Korney Çukovskinin nağılları ekranlaşdırılır

Bakı, 12 iyun, AZƏRTAC

Rusiyanın “Yar&Co” prodüser şirkəti Korney Çukovskinin nağılları əsasında məşhur personajların iştirakı ilə fantastik kino kainatı yaratmağı planlaşdırır.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, Sergey Ageev və Rusiyanın KINOBÜRO marketinq agentliyinin təsisçiləri Nina Dimitrova və Olqa Ageyeva layihənin prodüserləri olacaq.

“Rusiyada Moydodır, Tarakanişe, Timsahı hamı tanıyır. Çox vaxt Çukovskidən sitatlarla danışdığımızın fərqinə varmırıq, bu, xalq nağılları və Puşkinin nağılları ilə bərabər bizim mədəni kodumuzdur; Çukovski həm də uşaqların və valideynlərin psixologiyasına bələd idi, uşaq ədəbiyyatında süni sentimentallığa dözə bilmirdi. Onun əsərləri hər birimizin ruhunun dərinliklərində olan uşaqlıqla bağlı gizli bir hissə toxunur. Buna görə də, Sergey Ageev Çukovskinin müxtəlif personajlarını bir hekayədə birləşdirmək ideyası ilə çıxış edəndə, mən bu iddialı məsələni asanlıqla öhdəmə götürdüm”, – deyə “Yar&Co” şirkətinin direktoru Nelli Yaralova bəhs edir.

Çukovskinin personajlarını birləşdirəcək potensial franşizanın ilk filminin ssenarisi üzərində yazıçı və prodüser Oleq Maloviçko işləyir.

Hazırda layihə çəkilişlərə hazırlıq mərhələsindədir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top