
“Rusiya-Ukrayna konfiliktinə görə, meyvə-tərəvəz ixracatçılarımız bir sıra problemlər yaşayır”.
Bu sözləri Gürcüstan-Asiya-Afrika ölkələrinin birgə Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin sədri Rəna Qəfərova bildirib.
“Mövcud durum səbəbindən başqa bazarları araşdırmaq məcburiyyətindəyik. Ticarət Palatası olaraq əsas məqsədimiz Azərbaycan məhsullarının digər ölkələrdə tanıdılması və ixracına dəstək olunmasıdır. Bu istiqamətdə çalışan ixracatçılar, istehsalatçılar bizə müraciət edə bilər.
Azərbaycan kənd təsərrüfatı məhsulları daha çox Rusiya və Ukraynaya ixrac olunurdu. Hazırkı durum, iki ölkə arasında yaranmış gərginlik meyvə-tərəvəz ixracatçılarımıza böyük problemlər yaradır.
Lakin Ərəb ölkələrində mövcud vəziyyətin ciddi təsiri hiss edilmədiyinə görə, çalışırıq bu istiqamətdə işimizi genişləndirək və ixracatçılara dəstək olaq. Çətinlik və sıxıntı yaşayan sahibkarlar palataya müraciət edə bilər”.
Bu məsələlərlə bağlı maraqlanırsınızsa aşağıdakı nömrə və email ünvanı ilə əlaqə saxlaya bilərsiniz:
055-252-05-50
azerbaijan@gaacc.ge
BƏNZƏR MƏQALƏLƏR
Bazarda tikinti materialları, xüsusən taxta bazarında qiymətlər yüksəlib.
Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi bu sahəyə də təsirsiz ötüşməyib. Sahibkarların sözlərinə görə, son […]
“Aİ 92” markalı benzinlə bağlı açıqlama
Bu ilin ikinci yarısından etibarən artıq Azərbaycanda “AVRO-5” standartlarına cavab verən yanacaq istehsal ediləcək. Bunu […]
Alkoqollu içkilərin aksiz dərəcəsi artırıldı
Bu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb. Bu, Nazirlər Kabinetinin 14 […]