MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Tahir Mirkişili

Rusiya bazarından savayı Azərbaycan meyvə və tərəvəzlərini hansı yeni bazarlara ixrac etmək olar?

Bu barədə Millət vəkili Tahir Mirkişili açıqlama verib.

2017-ci ilin 1-ci rübündə Azərbaycanın meyvə və tərəvəz ixracı ortalama 28% artaraq 55 mln dollar həcmində olmuşdur. Görülən tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı həcmi artmaqdadır. Azərbaycan Prezidenti bügünkü müşavirədə yeni bazarların əldə edilməsinin vacibliyini qeyd etdi. Bəs ənənəvi Rusiya bazarından savayı Azərbaycan meyvə və tərəvəzlərini hansı yeni bazarlara ixrac etmək olar?

Son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasi münasibətlər xeyli inkaş etməkdədir. Bu münasibətləri iqtisadi müstəviyə də transfer etməklə Azərbaycan üçün tamamilə yeni və perspektivli ixrac bazarları açıla bilər.

BƏƏ 2017-ci ildən başlayaraq Dubai şəhərini təzə meyvə və tərəvəz məhsullarının regional mərkəzinə çevirmək planlarını açıqlayıb. Artıq bu məqsədlə BƏƏ müxtəlif ölkələrlə danışıqlar prossesini sürətləndirməyə başlayıb.

BƏƏ-nin kənd təsərrüfatı məhsulları bazarı meyvə və tərəvəz növlərinə görə alt seqmentlərə bölünür. Bu alt seqmentlər: pomidor, kartof, soğan, sarımsaq, xiyar, badımcan, limon, alma, banan, portağal, üzüm, çiyələk, yemiş, zeytun və s. Göründüyü kimi, alt qrupların əksəriyyəti Azərbaycanda istehsal edilir.

Dubai şəhəri hal-hazırda hər gün 11 000 ton meyvə və tərəvəz idxal edir ki, bunu da 40%-ə qədəri müxtəlif qonşu ölkələrə re-eksport olunur. Qeyd edək ki, 2017-ci iln 1-ci rübünün rəqəmlərini təhlil etsək, Azərbaycanın gündəlik meyvə və tərəvəz ixracı 617 ton dur.

Ümumiyyətlə, Körfəz ölkələrinin illik meyvə və tərəvəz idxalının həcmi 10 mln ton və ya 6 mlrd dollardır. İdxalın 40% i, yəni 4 mln ton və ya 2.4 mlrd dolları BƏƏ-nin payında düşür.

İdxal əsasən Hindistandan (14%), Mirisdən (13%), İordaniyadan (12%), Cənubi Afrikadan (10%), Çindən (7%), ABŞ-dan (7%), Türkiyədən (3%), Hollandiyadan (2%) həyata keçirilir.

2016-cı ilin oktyabr ayında BƏƏ hökumətini qərarı ilə Hindistandan idxal olunan meyvə və tərəvəzlərin tərkibində pestisidlərin miqdarının normadan çox olması müəyyən edilmiş və Hindistan məhsullarının idxalı məhdudlaşdırılışmışdır.

Bütün bunlar Azərbaycan meyvə və tərəvəz istehsalçıları üçün coğrafi cəhətdən çox da uzaqda olmayan yeni bir bazara işarədir. Azərbaycan Prezidenti də bügünkü müşavirədə məhz belə yeni bazarların əldə edilməsinin vacibliyini qeyd etdi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top