RF XİN: Rusiya üçtərəfli sazişlər çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

RF XİN: Rusiya üçtərəfli sazişlər çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır

Moskva, 19 iyun, AZƏRTAC

Rusiya 2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalar çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Bu proses, o cümlədən saxlanılan bütün şəxslərin geri qaytarılması və mübadiləsi, mədəni-tarixi irs obyektlərinə ehtiyatlı münasibət, habelə itkin düşmüş vətəndaşların axtarışı üzrə ixtisaslaşmış qurumlar və ictimai təşkilatlar xətti ilə məlumat mübadiləsi kimi humanitar məsələlərin həllini nəzərdə tutur”, – deyə Zaxarova əlavə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top