
“Retro Mobil 2017” avtomobil sərgisində Azərbaycanın “Formula 1”in təşkilindəki uğurları vurğulanıb
“Ötən il Bakıda keçirilən “Formula-1” yarışları üzrə Avropa Qran Prisi mükəmməl təşkil edilmişdi. İlk dəfə təşkil olunmasına baxmayaraq, Azərbaycan yarışlara uzun illərdir ev sahibliyi edən bir çox ölkələrə nümunə oldu”. Bu fikirlər Parisdə açılan “Retro Mobil 2017” avtomobil sərgisində səsləndirilib.
Ötən ilin yayında milyonlarla azarkeş Bakıda “Formula-1” təqvimində olan ən maraqlı yarışlardan birinə şahid oldular. 187 ölkədə canlı yayımlanan, 500 milyon izləyicisi olan idman yarışı-“Formula 1”in Avropa Qran prisi sürət həvəskarları tərəfindən hələ də xatırlanır. Elə Fransada 150-yə yaxın yarış avtomobilinin nümayiş olunduğu 42-ci Paris Retro Mobil sərgisində iştirak edən Ferrari, Mersedes və digər “Formula 1” komandalarının mütəxəssisləri də Bakı trasının keyfiyyətindən, yarışın təşkilindən razı qalıblar. Onlar deyir ki, ilk dəfə təşkil olunmasına baxmayaraq, Azərbaycan yarışlara uzun illərdir ev sahibliyi edən bir çox ölkələrə nümunə oldu.
Paris Retro Mobil sərgisində bu il 500-dən artıq klassik avtomobil sərgilənir. Fevralın 12-dək davam edəcək sərgiyə minlərlə ziyarətçinin gələcəyi gözlənilir.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə start götürüb
Azərbaycan Qran-prisinə start verilib. Paytaxtımızda beşinci dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb. […]
Azərbaycanda Formula 1-in proqramı AÇIQLANDI
Bakıda 4-6 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin proqramı açıqlanıb. Yarışın ilk günü […]
“Formula 1” ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılır – SİYAHI
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət […]