Respublikaçılar: Erik Siotti partiyaya vurduğu ziyanı ödəməlidir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Respublikaçılar: Erik Siotti partiyaya vurduğu ziyanı ödəməlidir

Paris, 1 sentyabr, AZƏRTAC

Respublikaçılar (LR partiyası) mənsub olduqları partiyanın sədri Erik Siottidən üç milyon avro tələb edirlər. Məqsəd iyunun əvvəlində Siotti ilə Milli Birlik (RN) arasında bağlanmış ittifaqa görə dəyən zərərin kompensasiya edilməsidir.

AZƏRTAC xəbər verir ki, partiyanın maliyyə xidməti bu məbləğə Siottinin mikropartiyasının (“Les Amis d’Eric Ciotti”) mənimsəməkdə ittiham olunduğu ianələri də daxil edib. İyulda Milli Assambleyaya cəmi 47 deputat seçildiyinə görə LR-in ziyana düşdüyü hesab edilir. Deputat azlığına görə LR daha az dövlət subsidiyası əldə edəcək.

Məsələ ilə bağlı məhkəmənin ilk iclası oktyabrın 14-ə təyin edilib. Siotti isə LR-dən ayrılmayacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, cari ilin iyun ayında parlament seçkilərinin ilk turunda Siotti RN-ə qoşulduğunu bəyan etmişdi.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top