MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

serencam

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyev “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.

Nazirlər Kabineti Azərbaycan Respublikasında rəqəmsal transformasiya konsepsiyasının layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə tabeliyindəki “Aztelekom” MMC-nin, “Bakı Telefon Rabitəsi” MMC-nin, “Azerbaijan International Telecom” (“AzInTelecom”) MMC-nin və “Azərpoçt” MMC-nin fəaliyyətinin ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq təşkilinə, informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı və təhlükəsiz istifadənin təmin edilməsinə, habelə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqinə və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top