“Rəqəmsal Jurnalistikaya doğru” Proqramının birinci mərhələsi yekunlaşıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə həyata keçirilən “Rəqəmsal Jurnalistikaya doğru” Proqramının birinci mərhələsi yekunlaşıb.
Economic-in məlumatına görə, proqram çərçivəsində baş tutan vebinar təlimlərdə spikerlər “Jurnalistikada son trendlər”, “Jurnalistikada etik qaydalar və Media Qanunu”, “Qlobal rəqəmsallaşmada Azərbaycan”, “Texnoloji xəbərlər”, “Elektron layihələr”, “Rəqəmsal bankçılıq”, “Startaplar”, “Süni İntellekt”, “Blokçeyn texnologiyası” və “Əşyaların interneti” kimi bir-birindən maraqlı mövzular ətrafında təlimlər keçiblər. Qeyd edək ki, Proqramın ikinci hissəsi təqdim olunmuş müxtəlif mövzular ətrafında keçirilən yazı müsabiqəsi ilə davam edir.
BƏNZƏR MƏQALƏLƏR
-
“ASAN Login”də qeydiyyat şərtləri dəyişir
1 may 2022-ci il tarixindən etibarən “ASAN Login” Vahid Giriş Sistemində (https://asanlogin.my.gov.az/auth) qeydiyyat yalnız videoqeydiyyatla […]
-
800 mindən çox “myGov” istifadəçisi var!
İndi 800 mindən çox “myGov” istifadəçisi var! Əgər siz hələ də “myGov” ilə tanış olub […]
-
EHİM-in “Rəqəmsal icra hakimiyyəti” portalının təqdimat mərasimi keçirilib
23 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə […]