
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı davam edir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramının üçüncü vebinar təlimi yekunlaşmışdır.
3-cü günün vebinar təlimində Elektron layihələr “ASAN ödəniş”, “ASAN Finans”, Rəqəmsal Bankçılıq, Elektron hökumət portalları, “myGov, “e-Gov” və “ASAN Login” mövzularında təlimçilər lazım olan məlumatları iştirakçılara bildiriblər.
Economic-in məlumatına görə, proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.
Qeyd edək ki, Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.
BƏNZƏR MƏQALƏLƏR
Rayona getmək üçün icazələr belə alınacaq
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin […]
“İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti davam edəcək
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən […]
Bir klik ilə işləriniz ASANlaşsın
Artıq 265 000-dən çox istifadəçisi olan my.gov.az portalı, bir klik ilə aşağıda qeyd olunan məlumatlarınızı […]