“Rəqəmsal Jurnalistikaya doğru” proqramı reallaşdı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı reallaşdı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramının ilk təlimi baş tutmuşdur.

17-20 iyun, 2020-ci il tarixləri arasında baş tutacaq proqramda tanınmış, peşəkar jurnalistlər tərəfindən seçilmiş 42 media üzvünə vebinar təlim ZOOM platforması üzərindən həyata keçiriləcəkdir.

Economic-in məlumatına görə, ilk təlimdə “Jurnalistikada son trendlər”,  “jurnalistikada etik qaydaları” mövzusunda, ASAN radionun rəhbəri Emin Musəvi, ADA universitetinin Media və kommunikasiya üzrə müəlliməsi Şəfəq Mehralıyeva öz biliklərini iştirakçılara aşılamışdır. Və bununla yanaşı iki saat davam edən vebinarda, təlimçilər iştirakçıların suallarına ətraflı olaraq cavab veriblər.

Qeyd edək ki, proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.

 

 Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top