REPO bazarında 756 milyon manatlıq əqd bağlanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

REPO bazarında 756 milyon manatlıq əqd bağlanıb

Doqquz ayda banklararası REPO bazarında 756 milyon manatlıq əqd bağlanıb.

Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlilik pul bazarının vacib reprezentativ göstəricisinə çevrilməklə digər maliyyə alətləri üzrə faiz dərəcələrinə təsir göstərməkdədir. Eyni zamanda, Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərir. Banklararası REPO bazarında 9 ayda 756 milyon manatlıq əqd bağlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73 faiz çoxdur.

2021-ci ilin 9 ayında məcburi ehtiyat normaları dəyişməz saxlanılıb. Məcburi ehtiyat normalarının ortalama mexanizmi əsasında tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən amillərdən biri olub. Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli dərəcədə üstələyib. AzərTac

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top