
Rəcəb Tayyib Ərdoğan: Türkiyədə bələdiyyələrin təxminən 56 faizinə AKP mənsubları rəhbərlik edəcək
Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 1-də Türkiyə vaxtı ilə gecə təxminən saat 1:10 radələrində ölkədə keçirilən növbəti bələdiyyə seçkilərindəki inamlı qələbə münasibətilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahında ənənəvi “eyvan danışması” ilə partiyadaşları qarşısında çıxış edib.
Economic.az AZƏRTAC a istinadən xəbər verir ki, İstanbuldan Ankaraya təyyarə ilə gələn Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə paytaxtında da vətəndaşlar tərəfindən böyük sevgi ilə qarşılanıb.
Ədalət və İnkişaf Partiyasının sayca 15-ci seçkiləri “Cümhur ittifaqı” ilə bilikdə qazanmasını Türkiyə üçün böyük nailiyyət kimi dəyərləndirən Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, səsvermədə etimad qazanılmayan yerlərin itirilməsinin səbəbi AKP-nin məram və məqsədlərinin yerlərdə düzgün çatıdırılmaması, yol verilən nöqsanlardır. Növbəti 5 ildə Türkiyədə bələdiyyələrin təxminən 56 faizinə AKP mənsubları rəhbərlik edəcək. Çatışmayan məsələlər aradan qaldırılmalı və səhvlər düzəlməlidir.
Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edən dövlət başçısı qarşıda duran vəzifələrdən danışıb. Prezident, həmçinin ölkənin kürd əsilli insanlarına da təşəkkürünü ifadə edib.
BƏNZƏR MƏQALƏLƏR
Türkiyə 42 milyon turist qəbul etmək istəyir
Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 […]
“Google” xəbərlər üçün saytlara pul ödəyəcək
“Google” Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox yayımçıya xəbərlərə görə ödənişlər etmək […]
Bu avtomobil şirkəti istehsalı dayandırır
“Volvo Cars” avtomobil şirkəti İsveçdəki Torslanda zavodunda istehsalı dayandırır. İstehsalın dayandırılmasına komponentlərin çatışmazlığı səbəb olub. […]