MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Pərviz_Heydərov

Real olaraq nəğd pul kütləsinin sıxışdırılması zərərlidirmi? EKSPERTDƏN AÇIQLAMA

İqtisadçı ekspert Pərviz Heydərov economic- ə bildirib ki, “bir qrup iqtisadçı tərəfindən yenə mətbuatda manatın möhkəmlənməkdə olmasının mənfi xarakter daşıdığı və bunun ciddi fəsadlar yaradacağı danışılmağa başlanılıb. Belə ki, əsas səbəbin guya, bilavasitə dövriyyədən nəğd manat kütləsinin yığışdırılması faktorunun olduğu dilə gətirələrək, bunun iqtisadiyyatda inkişafı buxovladığı, başqa sözlə desəm, iqtisadi aktivliyin qarşısını aldığı vurğulanır”.

Ekspert qeyd edib ki, əslində isə belə deyil. Bəli, Mərkəzi Bank (AMB) dövriyyədən nəğd manat kütləsini bütün mümkün vasitələrlə yığışdırır və ölkədə çox sərt pul-kredit siyasəti həyata keçirdir. Lakin, manatın ABŞ dollarına nəzərən məzənnəsini möhkəmləndirən təkcə bu amil deyildir. AMB sözügedən kursu bu il həyata keçirtməyə başlamayıb. Neftin dünya bazar qiymətləri düşməyə başlayan ildən – 2014-cü ilin demək olar, sonlarından etibarən, sözügedən məhdudlaşdırma tədbirləri həyata keçirilməyə start verilib. Ancaq buna baxmayaraq, manat 2015-ci il ərzində üst-üstə 100 %-ə yaxın olmaqla 2 dəfə, keçən ilsə 15 % ucuzlaşmışdır. Bu proses cari ilin yanvar ayında da davam etmişdir. Və xatırladım ki, bu ilin fevralın əvvəlində manat dollara nəzərən hətta 1,90 azn-dən də yuxarı həddə qədər ucuzlaşmışdı.

İqtisadçı onuda qeyd etdi ki, milli valyutamız möhkəmlənməyə sadəcə olaraq, fevral ayının ortasına doğru bahalaşmağa başladı ki, buna da səbəb, həm neftin dünya bazarlarında qiymətlərinin bundan hələ bir neçə qabaq sabitləşməyə başlamasının müsbət nəticəsinin nəhayət ki, ölkə daxilində özünü göstərməyə başlaması, yanvar ayından artıq, iqtisadi tənəzzüldə cüzi də olsa dönüşün yaranması, idxalın məhdudlaşdırılması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin müvafiq effekt verməyə başlaması, o cümlədən valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də “qara bazarın” ləğvi, ümumiyyətlə, bir sıra mövcud spekulyasıya elementlərini aradan götürmək məqsədilə banklar üçün müəyyən edilmiş -/+ 4 %-lik marjanın ləğvi addımı olmuşdur.

Bəli, iqtisadiyyatın nəğd pul kütləsi ilə qidalanmasının çərçivəyə alınması və sıxışdırılması artıma və inkişafa ziyandır. Lakin ölkədə hələki heç bir iqtisadi aktivlik yoxdur, valyuta bazarı təsirlərə kəskin şəkildə həssas durumdadır və ən başlıcası isə bank sektoru yenə “koma vəziyyətindədir”…

Pərviz Heydərov bildirib ki, belə şəraitdə dövriyyədə nəğd pul həcmini genişləndirmək hansı effektiv nəticələr verə bilər ki?! Belə “ağıllı-ağıllı” danışıb və irad tutmaq axı, nə məna daşıyır ?!… İqtisadi aktivliyi yalnız kəmiyyət yumşaldılması ilə, yəni dövriyyəyə pul buraxmaqla artırmırlar və artıra da bilməzlər. Bu, yerində dayanmış, mühərriki çəkib apara bilməyən avtomobilə çıxış yolu kimi yalnız, benzin tökməyə bənzəyir..

Yeri gəlmişkən, devalvasiyanın ixracı stimullaşdırdığı deyilir. Manat dollara nəzərən 0,78 qəpik olan zamandan bəri, 1,70 azn-dək ucuzlaşıb… İxracı niyə stimullaşdırmadı ?!… Yerli istehsal 2015-ci və 2016-cı illər ərzində niyə artmadı ?!

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top