
Rayonların mal bazarında qiymətlər dəyişib
Mal-qara bazarında həm alıcı, həm də satıcı çoxdur. Amma onlar qiymətlə bağlı heç cür razılığa gələ bilmirlər.
Alıcıların sözlərinə görə, bazarda qiymətlər artıb.
Qazax rayonunun heyvanın bazarında kiloqramı 10 manata satılan qoç əti indi 12-13 manatadır.
Alıcılar isə mövcud qiymət artımını satıcıların fürsətdən istifadəsi kimi dəyərləndirirlər. Bir neçə həftə əvvəl satışa 160-180 manata çıxarılan qoç və ya quzu indi 200 manata təklif edilir. İribuynuzlu heyvanlar isə ətlik və ya südlük göstəricilərinə, çəkilərinə görə qiymətləndirilir.
Ağdaş rayonunda olan heyvan bazarında da oxşar mənzərə var. Satan çox alan az. Satıcılar müştəri axtarır, alıcılar isə daha da ucuz almağa çalışır. Bazara çıxarılan heyvanların qiymətlərində artım var. Səbəb isə iri və xirda buynuzlulara tələbatın artaması və yem bitkilərinin baha olması göstərilir. Bazarda 120-150 manata balası ilə birgə satılan qoyun hazırda 155-170 manatadır.
Alıcılar isə qiymətlərin baha olmasına görə bazarın sonunu gözləyir.
Bazarlarda mənzərə fərqli olsa da, ətin qiymətində heç bir dəyişiklik olmayıb. Mal ətinin 1 kq-ı 11, quzu ətinin 1 kq-ı 12-13 manatadır./xezerxeber
BƏNZƏR MƏQALƏLƏR
-
Bu rayonların qaz təchizatında fasilə yaranacaq
Aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə […]
-
Qarpız sahələrinin güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qarpız sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində […]
-
Sumqayıtın 1794 nəfər sakininə icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində xidmət göstərilib
Sumqayıt şəhərində 2021-ci ilin aprel ayının 1-dən icbari tibbi sığorta tətbiq olunur. Bir il ərzində […]