Ramiz Rzayev: İqlim dəyişiklikləri insanların hüquqlarına, həyat tərzinə və ümumi rifahına böyük təsir edir
Bakı, 6 sentyabr, AZƏRTAC
“İqlim dəyişiklikləri dünyamız üçün ciddi bir sınaqdır. Bu dəyişikliklər insanların hüquqlarına, həyat tərzinə və ümumi rifahına böyük təsir edir”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Bakıda “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
R.Rzayev deyib ki, Azərbaycan da iqlim dəyişikliyinin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır. Hakimlər İttifaqının sədri xatırladıb ki, Azərbaycan bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir və Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
“Bir neçə ay sonra digər tərəfdaş dövlətlərlə birlikdə iqlim dəyişiklikləri naminə tarixi əhəmiyyətli addımların məhz Bakıda atılacağını bilmək hər birimiz üçün fəxredici hadisədir. Azərbaycanı Ali Məhkəməsi ilə birlikdə təşkil etdiyimiz bugünkü beynəlxalq konfransın da əsas məqsədi Azərbaycanın və dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliyi ilə bağlı proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarətdir. Hüquq və iqlim məsələləri kimi vacib bir mövzu ətrafında toplaşmağımız hər birimiz üçün çox önəmlidir”, – deyə R.Rzayev qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]