MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Ramiz Həsənov

Ramiz Həsənov: “Yalnız kütləvi yoxlamaları dayandırmışıq, monitorinqlər davam edir”

“Bəzi iş adamlarından məhsulların keyfiyyəti ilə bağlı bizə şikayətlər daxil olur. Biz də bunu araşdırıb, mətbuata məlumat veririk”.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib: “Yanacaqdoldurma məntəqələri, ərzaq məhsullarının istehsalı və sairə sahələrlə bağlı mən demişdim. Şikayətlər hər bir sahədən olur”.

Hesablama Palatasının yoxlamalarında ən çox qanun pozuntusuna yol verən qurum kimi rəhbəri olduğu komitənin adının çəkilməsi barədə məlumatlara münasibət bildirən R. Həsənov bunları deyib: “Hesablama Palatası bizdə 2014-cü ildə yoxlama aparıb. O zaman heç bir pozuntu qeydə alınmayıb. Mən bilmirəm bu məlumatlar harada gedib, belə bir hal yoxdur”.

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları bərpa edəcəkmi” sualına cavab olaraq komitə sədri yoxlamaların dayandırılmadığını açıqlayıb: “Biz yalnız kütləvi formada olan yoxlamaları dayandırmışıq, monitorinqlər aparırıq.

Müəssisəni narahat etmədən bazarda monitorinq aparıb, olan nöqsanları aşkarlayıb, müvafiq tədbirlər görürük”.

Mənbə: APA.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top