Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Quru Qoşunlarının 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yarışda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 6 komanda üzrə 18 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3000 metr məsafəyə kros üzrə güclərini sınayıblar.
Yekun nəticələrə əsasən, 1-ci yerdə “Şəmkir” komandası, 2-ci yerdə “Hadrut” komandası, 3-cü yerdə isə “Bakı” komandası qərarlaşıb.
Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, qaliblər Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.
BƏNZƏR MƏQALƏLƏR
-
Superkubok: “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib
Bakı, 11 aprel, AZƏRTAC Türkiyə Superkuboku uğrunda baş tutmayan “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı […]
-
Bakıda mənzildə bağlı qapı arxasında köməksiz qalan uşaqlar xilas edilib
Bakı, 11 aprel, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi […]
-
MN: Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur
Bakı, 11 aprel, AZƏRTAC Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı […]