Qurban Qurbanov: Millinin baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qurban Qurbanov: Millinin baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq

Bakı, 3 iyun, AZƏRTAC

“Onu deyə bilərəm ki, futbolun inkişafı üçün işlər görüləcək və baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İcraiyyə Komitəsinin üzvü bildirib ki, iclasda Azərbaycan millisinin baş məşqçi məsələsi də müzakirə olunub: “Ümumi müzakirələr apardıq. Konkret qərarlar barədə nəsə deyə bilmərəm. Çünki hələ yeni kollektivik. İclasdan sonra daha ətraflı məlumat veriləcək”.

Mütəxəssis bu mövsüm Premyer Liqanı tərk etmiş “Qəbələ” klubuna müvafiq yardımın ayrılması barədə də danışıb: “Komandaya maliyyə baxımından köməklik olunacaq. Klubun infrastrukturunu qoruyub saxlamaq üçün də addımlar atılacaq”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top