
Qulluq stajına görə əlavələr edilmiş pensiyalar maddi yardımlarla birgə ödəndi
Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu qulluq stajına görə əlavələr alan pensiyaçıların (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) mart ayı üzrə pensiya ödənişini də başa çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə həmin şəxslərə 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində bu ilin əvvəlindən aylıq maddi yardım ödənilməsi nəzərdə tutulub.
Qeyd olunan vətəndaşlara (həmçinin vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və qulluq stajına görə əlavə almaq hüququ olmuş digər şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə) mart ayının pensiyaları maddi yardımla, həmçinin yanvar və fevral aylarının maddi yardımları ilə birgə ödənilib.
Xatırladaq ki, hazırda qulluq stajına görə əlavələr alan pensiyaçıların sayı 100 min nəfərdir. Dövlət başçısının Sərəncamına əsasən, qeyd edilən maddi yardım gələn il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil ediləcək.
BƏNZƏR MƏQALƏLƏR
Bütün pensiyalar bu tarixdə tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Dövlət Sosial Müdafiə […]
Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı əsasında pensiya hüququ tanınacaq
Azərbaycanla Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair Müqavilə imzalanıb Azərbaycan Respublikası ilə Rusiya Federasiyası […]
“Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət icbari şəxsi sığorta üzrə ödənişləri də proaktiv qaydada təyin […]