MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

14916362176265945699_367x266

Qubada 6 məktəb üçün modul tipli binaların quraşdırılmasına başlanılıb

Quba rayonunda şagird sayı 100-dək olan 6 məktəb üçün modul tipli binalar quraşdırılacaq. Belə binaların quraşdırılacağı kəndlərə Çayqışlaq, Ördüc, Çarxaçu, Qarxun, Cağacıq və Zıxır daxildir.
Artıq 51 şagirdi olan Cağacıq kənd orta məktəbi üçün modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. Səkkiz otaqdan ibarət olacaq binanın özül hissəsi hazırdır. Məktəb binasının quraşdırılması bir aya yekunlaşacaq. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Modul tipli binaların quraşdırılması nəzərdə tutulan məktəblərin ikisi ibtidai, dördü isə ümumi orta təhsil ocaqlarıdır. Həmin məktəblərin əksəriyyəti dağlıq ərazidə yerləşir.
Qeyd edək ki, bu il ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulub.

Azərtac.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top