MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Hacıqabul yol

Quba və Xaçmaz yolunda təmir başlayır

Quba və Xaçmaz rayonlarını birləşdirən avtomobil yolu əsaslı təmir olunur.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, avqust ayının ilk günlərindən yolda asfaltlanma işlərinə başlanılacaq. Yeni yol əvvəlkindən həm keyfiyyətinə, həm də ölçülərinə görə seçiləcək.

İyirmi iki kilometrinə asfalt döşənəcək Quba-Xaçmaz yolunda hazırda təmir işləri sürətlə davam edir. Köhnə asfalt qatı çıxarılaraq, yol yatağının sıradan çıxan hissələri bərpa edilir. Yeni yolun hərəkət hissəsinin eni 7,5 m, yol çiyinləri ilə birlikdə isə 12 m olacaq.

Yolun yenidən qurulması işləri ilin sonunadək başa çatacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top