
Qobustanda yol tikintisinə 4,1 milyon manat ayrılıb – SƏRƏNCAM
Prezident İlham Əliyev iyunun 10-da “Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Economic.az AZƏRTACa istinadən xəbər verir ki, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
BƏNZƏR MƏQALƏLƏR
Qarabağ Azərbaycanın əsas turizm zonasından birinə çevriləcək
Prezident İlham Əliyev: Füsunkar təbiəti və tarixi abidələri olan Qarabağ Azərbaycanın əsas turizm zonasından birinə […]
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
“Qarabağ Dirçəliş Fondu” yaradıldı – FƏRMAN
Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat […]