MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

default

Qobustan Heyvandarlıq Nümayiş Kompleksi istifadəyə verilib

Qobustan Heyvandarlıq Nümayiş Kompleksi istifadəyə verilib. Ölkədə bu konsepsiyada ilk olan komleksin fəaliyyətinin məqsədi xarici cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək,  ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.

Heyvandarlıq kompleksi sərgi salonundan, auksion mərkəzindən, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və digər funskional və yardımçı binalardan ibarətdir. Ümumilikdə, 8 hektara yaxın ərazidə inşa edilən kompleksdə fəaliyyət göstərən, müasir avadanlıqlarla təchiz edilmiş fermalarda 100 baş iribuynuzlu və 400 baş kiçikbuynuzlu heyvanın saxlanması nəzərdə tutulur. Hər bir ferma üçün yardımçı tikililər zəruri texniki avadanlıqla təchiz olunub. Heyvanlara xüsusi baytar və zootexniklər vasitəsilə qulluq edilərək tibbi müayinədən keçiriləcək. Heyvanlar haqqında məlumat xüsusi çipləşdirilmiş birkalar vasitəsilə mərkəzi serverdə toplanır və mütəmadi izləniləcək.

Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında video çarx və satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə biləcəklər. Bundan başqa, həftə ərzində sərgi salonunda satışda olan damazlıq heyvanların virtual nümayişi mütəmadi olaraq həyata keçiriləcək. Həmçinin, kompleksin daxilində heyvan satışını həyata keçirən lizniq şirkətləri, heyvanların sığrotalanması üçün sığorta şirkətləri fəaliyyət göstərəcək.  Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.

 

Kompleksin ən trend məntəqələrindən biri də auksion mərkəzidir. Burada satışa çıxarılan heyvanlar akusion səhnəsində nümayiş olunacaq. Heyvanlar haqqında canlı və interaktiv məlumat veriləcək. Mərkəzdə auksion formatına uyğun heyvan satışı həyata keçiriləcək. Heyvanın satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq. Satış auksionlarının həftədə 1 gün keçirilməsi nəzərdə tutulub. Auksiona yerli damazlıq təsərrüfatlarda yetişdirilən heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da çıxarılacaq. Gələcəkdə Avropada keçirilən damazlıq heyvan auksionlarının birbaşa interaktiv formatda təşkil olunması ilə bağlı işlər görüləcək.

 

Qeyd edək ki, kompleksin fəaliyyətə başlamasına həsr olunmuş tədbir çərçivəsində mərkəzdə auksion formatına uyğun heyvan satışı həyata keçirilib.  Hərraca çıxarılan “Brown-Şviss”, “Holştein-Friz” cins inəkləri və “Lacoune”,  “Ile De France” cins qoyunları öz alıcılarını tapıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top