Qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Oktyabrın 2-də qızılın qiyməti oktyabr 1-i ilə müqayisədə 7,5055 manat artaraq 1 unsiya üçün 2027,5985 manat təşkil edib.
Gümüş 0,0407 manat ucuzlaşaraq 1 unsiya üçün 24,768 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 22,916 manat artaraq 1404,676 manat, palladiumun qiyməti isə 6,2985 manat azalaraq 1806,5475 manat təşkil edib.
Ad | 02.10.18 | 01.10.18 | |
Qızıl | XAU | 2027,5985 | 2020,093 |
Gümüş | XAG | 24,768 | 24,8087 |
Platin | XPT | 1404,676 | 1381,76 |
Palladium | XPD | 1806,5475 | 1812,846 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
BƏNZƏR MƏQALƏLƏR
-
Dollar bahalaşır: Avro və funt sterlinq düşür
Britaniya funt sterlinqinin dəyəri bazar ertəsi rekord həddə aşağı enib. Funt sterlinqin kəskin ucuzlaşması ABŞ […]
-
Qızıl sürətlə ucuzlaşır
Dünyada dollar indeksinin tarixi rekord səviyyəyə çatması fonunda qızılın qiyməti son 2,5 ilin minimumuna enib. […]
-
Pul bazası artıb
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib. […]