Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 50102079S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539 milyon 318 min 800 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250 milyon AZN olub. Notlar iyulun 1-də ödəniləcək.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top