
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
İyunun 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 50102079S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539 milyon 318 min 800 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250 milyon AZN olub. Notlar iyulun 1-də ödəniləcək.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
“Azeri Light” markalı neftin qiyməti bahalaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,06 ABŞ dolları […]
Azərbaycan neftinin bir barreli 54,73 dollara satılır
Azərbaycan neftinin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]