MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Foto 4

“Qırmızı ürəklər” Fondundan təhsilin inkişafına töhfə! FOTOLAR

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək, tələbələr üçün sosial aksiya həyata keçirdi. Bununla bağlı 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ərəfəsində Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində tədbir həyata keçirildi.

Tədbir zamanı universitetin kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim edildi. “Habitat Tərcümə Layihəsi” çərçivəsində tərcümə edilən və Fond tərəfindən nəşr olunan “Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər.

Mərasimdə “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, universitetin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov, molekulyar mikrobioloq, genetik, “Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev iştirak və çıxış etdilər. Təqdimat zamanı qəbul imtahanlarında yüksək bal toplayan 4 tələbəyə kitablar və Fond tərəfindən hədiyyələr təqdim edildi.

“Bu kitab biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisaslarda geniş istifadə olunur. Layihə çərçivəsində kitabın Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. “Campbell Biologiya” indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici haldır ki, bizim gənc alimlərimiz biologiya sahəsində olan biliklərə ana dilimizdə yiyələnə biləcəklər. Əminəm ki, kitab ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda gətirəcək”, – deyə, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.

 

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 

Фонд Red Hearts вносит вклад в развитие образования

 

Фонд Red Hearts, занимающийся благотворительной деятельностью и оказывающий моральную и финансовую поддержку тысячам людей, внес свой вклад в сферу образования, проведя социальную акцию для студентов. В рамках акции в преддверии 14 февраля — Международного дня дарения книг в Азербайджанском государственном аграрном университете, расположенном в Гяндже, состоялось мероприятие.

 

В ходе мероприятия библиотеке университета были переданы экземпляры всемирно известной книги по биологии Campbell Biology. Книга Campbell Biology, переведенная на азербайджанский язык в рамках проекта Habitat Tərcümə и изданная фондом Red Hearts, будет в открытом доступе для преподавателей и студентов университета.

 

В мероприятии приняли участие и выступили президент фонда Red Hearts Севда Хагвердиева, ректор университета, доктор сельскохозяйственных наук, профессор Ибрагим Джафаров, молекулярный микробиолог, генетик, соучредитель проекта Habitat Tərcümə Араз Зейниев. Во время мероприятия 4 студентам, набравшим высокие баллы на вступительных экзаменах, были вручены книги и подарки от фонда.

 

«Книга Campbell Biology широко используется на всех специальностях, где биология входит в учебную программу. В рамках проекта предусмотрено бесплатное распространение книги среди преподавателей и студентов высших учебных заведений Азербайджана, а также представителей научного сообщества страны. Campbell Biology переведена на 19 языков, включая немецкий, французский, итальянский, турецкий, персидский. Очень гордимся тем, что наши молодые ученые смогут получить уникальные знания в области биологии на родном языке. Уверена, что книга пойдет на пользу всем, кто интересуется биологией», — отметила президент фонда Red Hearts Севда Хагвердиева.

 

Red Hearts был основан в декабре 2019 года по инициативе сотрудников Kapital Bank. Организация, которая в настоящее время осуществляет свою деятельность как фонд, главным образом оказывает помощь детским домам, приютам и нуждающимся людям. На официальном сайте https://redhearts.az можно подробно узнать о деятельности фонда, реализуемых благотворительных проектах и акциях, будущих планах и другую интересную информацию.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top