Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırılıb.
Bu barədə yerli mediada xəbər yayılıb.
Bildirilib ki, artıq həm mobil cihazlardan, həm də kompüterlərdən sosial şəbəkəyə daxil olmaq, demək olar ki, mümkün deyil.
Bundan əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi sözügedən sosial şəbəkəni uşaqların sağlamlığına, onların intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurduğu iddiası ilə xidməti bloklamağı xahiş etmişdi.
Bununla əlaqədar olaraq departament Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasını tələb edib.
Qeyd edək ki, ölkədə sosial şəbəkənin bloklanması ideyası ilk dəfə 2023-cü ilin avqustunda irəli sürülüb. Lakin bu günə qədər heç bir tədbir görülməyib.
Mənbə: “Sputnik” Qırğızıstan
BƏNZƏR MƏQALƏLƏR
-
İnsanların süni intellektli köməkçiləri: Rəqəmsal klonlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz İnsanlar bütün işlərini onların əvəzinə görməsi üçün özlərinin […]
-
Yenilənmiş insanabənzər robot təqdim olundu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının […]
-
Pivə istehsalçısı və “Nokia”dan yeni telefon
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Son illərdə “Nokia” brendi altında cihazlar istehsal edən […]