Qəzzada qarşıdurma başlayandan bəri İsrailə 19 mindən çox raket atılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qəzzada qarşıdurma başlayandan bəri İsrailə 19 mindən çox raket atılıb

Bakı, 11 iyun, AZƏRTAC

Qəzza zolağında qarşıdurma başlayandan bəri İsrailə 19 mindən çox raket atılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Onların əksəriyyətinin Qəzza zolağından buraxıldığı, lakin son vaxtlar Livandan atılan raketlərin sayının artdığı qeyd edilir.

“Söhbət yalnız İsrailin hava məkanına daxil olan raketlərdən gedir. Belə ki, İsrail ərazisinə çatmayan raketlər nəzərə alınmır. Həmçinin bu rəqəmə Livan ərazisindən buraxılan idarə olunan tank əleyhinə raketlər daxil deyil”, – məlumatda bildirilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top