Qəza səbəbindən Azadlıq prospektində sıxlıq yaranıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qəza səbəbindən Azadlıq prospektində sıxlıq yaranıb

Bakı, 3 iyun, AZƏRTAC

Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, “Dədə Qorqud” parkı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top